Avtomobilləri oğurlayıb satanlar tutuldu

Avtomobilləri oğurlayıb satanlar tutuldu
13:38 23 Yanvar 2015
183 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 23 yanvar /Trend, müxbir İlkin İzzət/

Azərbaycanda avtomobil oğurlayıb satan şəxslər tutulublar.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Abşeron rayon Polis Şöbəsi və Binəqədi rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 20-də Masazır qəsəbəsində Azər Dəmirovun yaşadığı evin həyətində üzərində Rövşən Məmmədova məxsus “Chevrolet” markalı avtomobilin 2013-cü il avqustun 12-də oğurlanmış dövlət qeydiyyat nişanları olan “VAZ-2106” markalı avtomobil aşkar edilib.

Araşdırmalar zamanı həmin nəqliyyat vasitəsinin Maarif Səlimova məxsus, yanvarın 11-də qaçırılmış “VAZ-2106” markalı avtomobil olması da müəyyən edilib. A.Dəmirov tutulub və ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun yanvarın 12-də və 14-də Masazır qəsəbə sakini Teymur Bağırovla birgə Akif Əliyevə, Rasim Fərəcova və Rəşid Allahverdiyevə məxsus “VAZ-2106” markalı avtomobilləri də qaçırıb Gəncə şəhərinə apararaq satması müəyyən edilib.

Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə T.Bağırov da tutulub.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR