Kür çayının aşağı axınında suyun səviyyəsi əsasən azalıb

Kür çayının aşağı axınında suyun səviyyəsi əsasən azalıb
13:48 23 Yanvar 2015
207 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 23 yanvar, AzərTAc 
Yanvarın 23-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 4 sm artım müşahidə olunub. Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində dəyişiklik baş verməyib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AzərTAc-a verilən məlumata görə, Kür çayının aşağı axınında isə suyun səviyyəsi əsasən azalıb. Belə ki, Kür çayının Surra məntəqəsində 2, Şirvanda 12, Araz çayının Novruzlu məntəqəsində 1 sm azalma qeydə alınıb. Suyun səviyyəsi Kür çayının Bankə məntəqəsində 2 sm artıb, Salyanda isə dəyişiklik müşahidə olunmayıb.
Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 160-190, Kiçik Qafqazın çaylarında 90-150, Lənkəran-Astara bölgəsi çaylarında 60-80, Naxçıvan Muxtar Respublikası çaylarında isə 40 faizini təşkil edir.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Kur_chayinin_asagi_axininda_suyun_seviyyesi_esasen_azalib-826966

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR