Gəncə, 13 iyul, AZƏRTAC
Gəncədə beynəlxalq Enactus proqramı çərçivəsində “Gənclərlə biznesin təşkili və inkişafı” adlı treninq keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə təşkil olunan treninqdə 4 ali məktəbdən 75 tələbə iştirak edib. Treninqdə tələbələrə mütəxəssislər tərəfindən biznesin qurulması qaydaları, büdcə planlaşdırılması, bazarın analizi, şərait və tələblərin düzgün təhlili, biznesə maliyyə vəsaitinin cəlb edilməsi kimi mövzular ətrafında məlumatlar verilib.