Hebsxanada usaq dogan Lamiye ile bagli yeni muemmalar

Hebsxanada usaq dogan Lamiye ile bagli yeni muemmalar
15:44 23 Yanvar 2015
666 Ölkə
Ölkə mətbuatı
A- A+

Şəmkirin sabiq icra başçısı Aslan Aslanovun oğlunu ödürməkdə ittiham olunan Lamiyyə Quliyevanın cəza çəkdiyi müəssisədə uşaq dünyaya gətirməsi ilə bağlı yeni iddialar ortaya çıxıb.

 

“Qafqazinfo”nun yaydığı məlumata görə, Lamiyyə Müzəffər Məmmədov adlı rəisin vaxtında rəislə “intim” münasibət şansı olan üç-dörd qadından biri olub: "Həmin dövrdə Lamiyyə heç kimi saymayıb, kefi istəyəni edib, o cümlədən sələm işinə də baxıb. Gəliri o qədər olub ki, evinə də pul göndərirmiş. Həbsxana rəisi dəyişiləndən sonra Lamiyyənin “xodun”u alırlar, sələm verməsinin də qarşısı alınır. İşçilərdən acıqlı qalan “xanım” bir gün yeməkxanada çayniki götürüb qadın nəzarətçinin başına çırpır. Nəzarətçinin şikayəti əsasında 2013-cü ildə təzə cinayət işi açılır. İndi bu hadisəni utandıqlarından olduğu kimi deyil, guya məhkum yoldaşı ilə dava etməsi kimi təqdim edirlər. Nəzarətçinin iş yerini sonra başqa yerə dəyişirlər".

 

Saytın yazıdığına görə, ötən qış L. Quliyeva istintaqla əlaqədar Kürdəxanı təcridxanasına aparılıb: "Orada kişi nəzarətçilərin bir-neçəsi ilə münasibətdə olur. Güman ki, təcridxananın rəhbərliyinin də bundan xəbəri olur. Hamiləliyini abortdan qorumaq üçün dörd ayınadək gizlədir. Maraqlıdır ki, Lamiyyə özü də uşağın atasının kimliyini dəqiq ayırd edə bilməyib".

 

 

"Şərq-Qərb" Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu isə Lamiyə Quliyeva ilə bağlı xəbərlərin sabiq icra başçısı Aslan Aslanov tərəfindən mediaya ötürüldüyün qeyd edir. O, "facebook" səhifəsində yazıb ki, Aslan Aslanov oğlu Ruslanı qətlə yetirmiş Lamiyə Quliyeva və onun keçmiş nişanlısı Vüqar Əliyevdən hələ də qisas alır.

 

Ə. Oruclu A. Aslanovun sabiq müdafiə naziri Səfər Əbiyevlə kirvə, eyni zamanda "Azərneftyağ" birliyinin mərhum direktoru Ramiz Mirzəyevin qaynı olduğunu da  qeyd  edib: "Bütün bu imkanlarından istifadə edən Aslanovun qisasçılığı bununla bitmədi. Vüqar Əliyevin ailəsinin Şəmkirdəki evi buldozerlərin qabağına verilərək dağıdıldı, Şəmkirdə sakinlərə oğlu Ruslanın sürdüyü qara rəngdə VAZ-2107 markalı maşını olmaq faktiki qadağan edildi. Ruslanın qətlinin ildönümü günü oğluna toy edən rayon sakini şərlənərək həbsə atıldı. İndi isə məlum olur ki, dünyaya uşaq gətirən Lamiyə Quliyevanın 2013-cü ildə cəza müddəti bitməli olsa da, 2 il əvvəl CM-nin 317-ci (cəzaçəkmə müəssisəsinin və ya istintaq təcridxanasının normal fəaliyyətini pozma) maddəsi ilə onun cəzası 5 il 6 ay artırılıb. Sizi əmin edirəm ki, bu yazdıqlarım Aslan Aslanovun hikkəli özbaşınalıq və cinayətlərinin çox cüzi bir hissəsdir".

L. Quliyeva ilə münasibətlərdə adı hallandırılan sabiq həbsxana rəisi Müzəffər Məmmədov isə APA-ya barəsində söylənilənlərin böhtan olduğunu deyib:“Mən 4 saylı cəzaçəkmə müəssisəsinin rəisi vəzifəsindən 5 il bundan əvvəl azad olunmuşam, sonra ora getməmişəm”.

 

M. Məmmədov bildirib ki, müəssisəyə hər kəsin daxil olması qeyri-mümkündür: “Müəssisəyə daxil olanda buraxılış vərəqi yazılır, hər yerdə kameralar quraşdırılıb. İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov orada cəza çəkən Lamiyə Quliyevanın övladı olması ilə bağlı məsələlərdə mənim adımı hallandırıb. Bütün bunlar cəfəngiyatdır. Mənim 65 yaşım var. Bu söz-söhbətə görə ailəm dağılır".

 

Ədliyyə Nazirliyi Penitensiar Xidməti isə hadisə ilə bağlı araşdırma aparıldığını qeyd edib.  Penitensiar Xidmətin məlumatında L. Quliyevanın uşaq dünyaya gətirməsinin "onun şəxsi işi" olduğu da qeyd edilib.

 

Qeyd edək ki, Lamiyyə Quliyeva 2003-cü ildə həbs olunub. O, keçmiş nişanlısı Vüqar Əliyevlə bərabər Şəmkirin o vaxtkı icra başıçısı, sonralar isə uzun müddət kənd təsərrüfatı nazirin müavini olan Aslan Aslanovun oğlunu qətlə yetirib. L. Quliyevanın qətllə bağlı həbs müddəti 2013-cü ildə başa çatsa da, 2 il əvvəl Cinayət Məcəlləsinin 317-ci (cəzaçəkmə müəssisəsinin və ya istintaq təcridxanasının normal fəaliyyətini pozma) maddəsi ilə onun cəzası 5 il 6 ay müddətinə artırılıb.

 

 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR