Bakı, 15 iyul, İbrahim Əsədov, AZƏRTAC
2014-2015-ci tədris ilində Bakı Dövlət Universitetinin (BDU) biologiya fakültəsinin (əyani və qiyabi şöbələrdə) 197 məzunu olub.
Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib. Bildirilib ki, həmin gənclərdən 151-i təhsilin bakalavriat, 46-sı isə magistratura pilləsini başa vurub.
Məzunlardan 20-dən çoxu fərqlənmə diplomuna layiq görülüb.