"Kişi aktyorun qadın paltarı geyinməsi gülməlidir"

"Kişi aktyorun qadın paltarı geyinməsi gülməlidir"
17:36 23 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Əməkdar artist Naibə Allahverdiyeva ilə Dilarə Əliyeva “Xəzər” telekanalında yayımlanan “Yeri gəlmişkən” verilişinin qonağı olublar.

Axşam.az-ın məlumatına görə, aktrisalar rol xətrinə qadın libası geyinən kişi aktyorlardan danışıblar.

D.Əliyeva həmkarları Coşqun Rəhimov və Rafael İsgəndərovdan söz açaraq, onların yaratdığı qadın obrazlarını bəyəndiyini deyib:

“Hər kəs qadın paltarını geyinə bilər, bu asan görünür. Amma bir kişinin qadın obrazını oynaması və onu tamaşaçıya həzm etdirməsi çətindir. Coşqunla Rafaeli niyə qəbul edirik? Çünki rolu peşəkar çatdırırlar. Biz yalnız xarakteri görürük, geyimi nəzərə almırıq”.

N.Allahverdiyeva isə qadın libası geyinən aktyorlara güldüyünü söyləyib:

“Coşqunla Rafael istedadlıdır, onları çox sevirəm. Amma kişilərin qadın paltarı geyinməsi gülməlidir. Xanımın kişi obrazını canlandırması çox çətindir. Özüm oynamışam, bunu görmüşəm”.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR