Bakı, 16 iyul, AZƏRTAC
"EvroBank" və "Azərbaycan Kredit Bankı" ASC-lərin lisenziyalarının ləğv edilməsinin qiymətli kağızlar ilə ticarət üçün, eləcə də investorların mənafelərinin qorunması üçün mühüm fakt olmasını nəzərə alaraq, Bakı Fond Birjası QSC (BFB) müvafiq sorğuların cavablandırılmasınadək hər iki qurumun qiymətli kağızları ilə mütəşəkkil ticarəti dayandırıb.
Bu barədə BFB-dən AZƏRTAC-a bildiriblər.
Xatırladaq ki, Azərbaycan Respublikası Mərkəzi Bankı idarə heyətinin 10 iyul 2015-ci il tarixli qərarı ilə "EvroBank" ASC-nin və "Azərbaycan Kredit Bankı" ASC-nin bank lisenziyaları ləğv edilib.