Bakı, 16 iyul, AZƏRTAC
İyulun 16-da Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) rəyasət heyətinin binasında Humanitar Elmlər Bölməsinin (HEB) növbəti büro iclası keçirilib.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, tədbirdə HEB-in akademik-katibi, akademik Teymur Kərimli gündəlikdəki məsələlər barədə məlumat verib. Akademik yarım il ərzində bölmənin institutlarında həyata keçirilən elmi-təşkilati işlər və tədbirlər, elmin populyarlaşdırılması üzrə fəaliyyət, institutların maddi-texniki bazası, əldə olunan mühüm elmi nəticələr və digər məsələlərə dair məlumatı diqqətə çatdırıb.
Tədbirdə AMEA-nın müxbir üzvü Yaşar Qarayevin 80 illik yubileyinin keçirilməsi, Dilçilik, Memarlıq və İncəsənət institutlarının strukturunda dəyişiklik edilməsi və digər məsələlər ətrafında müzakirələr aparılıb.
Sonda bir sıra kadr məsələlərinə də baxılıb.