Əbülfəs Qarayev: “Kinoteatrlarda bəzi filmlərin dublyaj olunmadan verilməsi məni narahat edir”

15:12 26 Dekabr 2014
Ölkə mətbuatı
A- A+

[ 26 Dekabr 2014 15:10 ]

Bakı. Cavid Zeynallı - APA. “Kinoteatrlarda bəzi filmlərin dublyaj olunmadan verilməsi məni narahat edir. Azərbaycan kinoteatrlarında nümayiş olunan filmlər ya Azərbaycan dilinə dublyaj olunaraq nümayiş olunmalı, ya da subtitrlərlə göstərilməlidir”.

 

APA-nın məlumatına görə, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ilin yekunlarına həsr olunan mətbuat konfransında deyib.

 

Bu təcrübənin dünyanın müxtəlif ölkələrində özünü doğrultduğunu deyən Ә.Qarayev əlavə edib ki, bütün kinoteatrlara məktub göndərilərək, yalnız dövlət reyestrinə daxil edilən filmlərin nümayiş olunmasına icazə verilib: "Hazırda bütün filmlər reyestrdən keçirilir. Amma burada bizə çətinlik yaradan başqa məsələ var ki, onlar həll olunmalıdır. Məsələn, bir filmin dünya premyerası olanda həmin film eyni gündə bir çox ölkələrdə eyni vaxtda göstərilir. Belə filmləri əvvəlcədən reyestrdən keçirmək mümkün olmur. Filmi alanların da imkanı çatmır ki, onu dublyaj etsin. Ona görə filmi olduğu kimi nümayişə buraxırlar. Bu da "Dövlət dili haqqında" qanunla ziddiyyət təşkil edir. Bu səbəbdən biz indi qanunvericilikdə nəzərdə tutmalıyıq ki, bütün filmlər heç olmasa, titr vasitəsilə tərcümə olunandan sonra nümayiş olunsun”. 


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/367382

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR