Mərkəzi Elmi Kitabxananın əməkdaşı Polşada ezamiyyətdə olub

Mərkəzi Elmi Kitabxananın əməkdaşı Polşada ezamiyyətdə olub
06:33 24 Yanvar 2015
174 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 24 yanvar, AzərTAc
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) doktorantı və Azərbaycanşünaslıq şöbəsinin müdiri Nərminə Abdullayeva Varşavada ezamiyyətdə olub.
MEK-dən AzərTAc-a bildiriblər ki, səfər Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun maliyyə dəstəyi ilə “Kitabxana innovasiyaları: qabaqcıl dünya nəzəriyyə və təcrübəsinin tədqiqi və alınan nəticələrin elmin informasiya təminatında əhəmiyyətli rolu olan AMEA-nın kitabxana sisteminə tətbiqi” layihəsi çərçivəsində həyata keçirilib.
Səfərin məqsədi Polşa Milli Kitabxanasının timsalında Avropa ölkələrinin elmi kitabxanalarının iş təcrübəsinin, tətbiq olunan innovasiyaların və müasir xidmət növlərinin araşdırılması, elektron kitabxana, kataloq və elmi bazaların yaradılması və idarə olunması prinsiplərinin öyrənilməsidir.
Polşa Milli Kitabxanasına səfər çərçivəsində kitabxananın qədim, nadir əlyazmaları və qiymətli nəşrlərini əhatə edən Krasinski sarayında yerləşən xüsusi fondu, reproqrafiya və rəqəmsallaşdırma şöbəsi, polona-rəqəmsal kitabxananın təşkili şöbəsi, məsləhət-informasiya mərkəzi, kitabxana-biblioqrafiya nəşrlərinin, musiqi və audiovizual nəşrlərinin oxu zalları və digər şöbələrinin fəaliyyəti nəzərdən keçirilib. Həmçinin gələcəkdə kitab və informasiya mübadiləsi aparmaq üçün lazımi əlaqələr yaradılıb.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Merkezi_Elmi_Kitabxananin_emekdasi_Polsada_ezamiyyetde_olub-827201

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR