Bakı, 21 iyul, AZƏRTAC
Azərbaycan Taekvondo Federasiyası (ATF) tərəfindən dan imtahanının keçirilməsi nəzərdə tutulub.
İmtahanda iştirak etmək üçün şəxsiyyəti təsdiq edən sənədin və dan sertifikatının surətləri, iki fotoşəkil təqdim edilməlidir.
ATF-dən AZƏRTAC-a bildiriblər ki, imtahan avqustun 10-da Azərbaycan Taekvondo Federasiyasının idman zalında təşkil olunacaq.
Sənədlər avqustun 6-dək Azərbaycan Taekvondo Federasiyasının inzibati binasında təqdim edilməlidir.