Ötən il Vergilər Nazirliyinə mindən artıq şikayət daxil olub

11:07 24 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

[ 24 Yanvar 2015 11:00 ]


Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. 2014-cü il ərzində Azərbaycan vergi orqanlarına cəmi 103 196 müraciət daxil olub ki, onlardan da 98,2%-i ərizə, 1,6%-i şikayət, 154-ü təklifdir.

 

Vergilər Nazirliyinin Analitik informasiya şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, müraciətlərin 33,5%-i kameral vergi yoxlamaları, 30,8%-i müxtəlif arayışların alınması, 14,9%-i səyyar vergi yoxlamaları, 5,6%-i vergi borcları, 1,1%-i operativ vergi nəzarəti, 0,3%-i vergi orqanlarının vəzifəli şəxslərinin hərəkəti (hərəkətsizliyi), 0,1%-i korrupsiya hüquqpozmaları, 13,7%-i isə digər məsələlərlə bağlı olub. Ümumilikdə müraciətlərin 75,4%-i müsbət həll olunub, 14,9%-i üzrə müvafiq izahatlar verilib,

5,7%-i əsassız sayılıb.

 

Hesabat dövründə vergi orqanlarına daxil olmuş 1 647 şikayətdən 441-i eyni, 186-sı təkrardır, yəni şikayətlərin faktiki sayı 1020 ədəd olub. Şikayətlərin 34%-i kameral vergi yoxlaması, 21,3%-i operativ vergi nəzarəti, 17,8%-i vergi orqanlarının vəzifəli şəxslərinin hərəkəti (hərəkətsizliyi), 17%-i səyyar vergi yoxlamaları, 7%-i korrupsiya hüquqpozmaları, 2,9%-i isə digər sahələrlə əlaqəlidir.

 

Baxılmış şikayətlərin 36,7%-i əsassız sayılıb, 36,6%-i üzrə müvafiq izahatlar verilib, 15,5%-i müsbət həll olunub.

 

İcra intizamına nəzarətin gücləndirilməsi nəticəsində icra müddəti gecikdirilən müraciətlərin sayı əvvəlki ilə nisbətən nəzərəçarpacaq dərəcədə azalaraq cəmi 87 ədəd və ya müraciətlərin 0,08%-ni təşkil edib. Şikayətlər üzrə gecikdirilmə hallarına yol verilməyib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR