İspaniyanın "Barselona" klubunun argentinalı ulduzu Lionel Messi Qabonun Port-Jantil şəhərində stadionun təməlatma mərasiminə qatılıb. 2017-ci ildə keçiriləcək Afrika Millətlər Kubokunun matçlarının bir neçəsi bu arenada oynanacaq.
Milli.Az Daily Mail-ə istinadən bildirir ki, mərasimə qatılmaq üçün Messi 3,5 milyon avro alıb.
"Barselona"nın sabiq oyunçusu Samüel Eto`Onun Qabon prezidenti Əli Bonqo Odimba ilə dostluq etməsi və Qabon yığmasının baş məşqçisinin qeyri-rəsmi köməkçisi Deku 28 yaşlı argentinalı ulduzu mərasimə qatılmaq üçün razı salıblar.
20 min tamaşaçı tutacaq arenanın 2016-cı ilin noyabrında istifadə veriləcəyi planlaşdırılıb.
Lionel Messinin pul müqabilində Qabona yollanması qalmaqal yaradıb.
France Football-un fikrincə, insan haqlarının kütləvi şəkildə pozulması və total korrupsiyada suçlanan Qabon prezidenti Əli Bonqonun təklifini qəbul etməsi Messiyə başucalığı gətirmir. Avropa mediası argentinalı ulduzu "3,5 milyon avroya şirniklənərək tamahının qurbanı olmaq"da suçlayıb.
Milli.Az




