Bakı, 22 iyul, AZƏRTAC
Şağan İdman Olimpiya Kompleksində yeniyetmələr, gənclər və böyüklər arasında sambo üzrə Azərbaycan kuboku yarışları keçirilib.
Fövqəladə Hallar Nazirliyindən (FHN) AZƏRTAC-a bildiriblər ki, çempionatda 32 komandanın heyətində 500-dək idmançı iştirak edib.
Yarışda Fövqəladə Hallar Nazirliyinin komandasının üzvü Elçin Heybətov 81 kiloqram çəki dərəcəsində bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.