Cəbrayıldan olan məcburi köçkün sahibkarlara 115 min manat güzəştli kredit verilib

Cəbrayıldan olan məcburi köçkün sahibkarlara 115 min manat güzəştli kredit verilib
13:33 24 Yanvar 2015
105 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 24 yanvar, AzərTAc
Sahibkarlığa Kömək Milli Fondu tərəfindən “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı” çərçivəsində Biləsuvar rayonunda Cəbrayıldan olan məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı 4 nömrəli qəsəbədə güzəştli kreditlərin alınması məsələlərinə dair bu ilin ilk işgüzar forumu təşkil edilib.
İqtisadiyyat və Sənaye Nazirliyindən AzərTAc-a verilən məlumata görə, 80-ə yaxın məcburi köçkün sahibkarın iştirak etdiyi forumda güzəştli kreditlər hesabına maliyyələşdirilməsi məqsədəuyğun hesab olunan sahələr - cins heyvandarlıq, çörək və şirniyyat məhsullarının istehsalı, tikiş və plastik qapı-pəncərə istehsalı müəssisələrinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı olub.
Tədbirdə investisiya layihələrinin ümumi dəyərinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi, məcburi köçkünlərin istək və arzularına uyğun istehsal və emal müəssisələrinin avadanlıqlarının alınaraq quraşdırılmasına dəstək göstəriləcəyi bildirilib.
Fondun icraçı direktoru Şirzad Abdullayev vurğulayıb ki, fəaliyyətimizdə əsas prioritetlərdən biri də məcburi köçkünlərin sahibkarlıq fəaliyyətinə cəlb olunmasının stimullaşdırılması məqsədilə onlara dövlətin güzəştli kreditlərinin verilməsi və maarifləndirilməsidir. Qeyd edilib ki, indiyədək 1517 məcburi köçkün sahibkara 33,6 milyon manat, o cümlədən Cəbrayıldan olan 254 məcburi köçkünə 1,7 milyon manat güzəştli kredit verilib. Bu kreditlərin reallaşdırılması nəticəsində 3000-dən çox yeni iş yeri yaradılıb.
İşgüzar forum çərçivəsində Cəbrayıl rayonundan olan 13 məcburi köçkün sahibkarın investisiya layihəsinin maliyyələşdirilməsinə 115 min manat güzəştli kredit verilib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Cebrayildan_olan_mecburi_kochkun_sahibkarlara_115_min_manat_guzestli_kredit_verilib-827236

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR