Azərbaycan, Bakı, 24 iyul /Trend, müxbir Azad Həsənli/
Turizm şirkətləri "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) loukost reysləri çərçivəsində Türkiyə istiqaməti üzrə uçuşların şərtlərini açıqlayıb. Trend-in məlumatına görə, uçuşlar avqustun 7-dən oktyabrın 23-dək hər həftənin I, III və V günləri həyata keçiriləcək.
Bununla belə, uçuşlarda sadəcə 5 kiloqram həcmində əl baqajlarına icazə verilir. Əlavə 23 kiloqramadək qədər olan baqajlar üçün Bakı-Antalya istiqaməti üzrə 50 manat, Antalya-Bakı istiqaməti üzrə isə 50 dollar ödəmək lazım olacaq.
Bundan başqa, bu siniflər üzrə "miles" ballar hesaba əlavə olunmur. Yerlər məhdud saydadır. Maksimal qalma müddəti 1 aydır. Biletin qiyməti günün valyuta məzənnəsinə əsasən hesablanıb və məzənnə fərqinə görə biletin qiyməti dəyişə bilər.
Bu istiqamət üzrə aviabiletin dəyişdirilməsi və qaytarılmasına icazə verilmir.
Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az
Bizi Twitter-dən izləyin: @trend_az