Mariupolda ölənlərin sayı 20-yə çatdı

Mariupolda ölənlərin sayı 20-yə çatdı
18:44 24 Yanvar 2015
99 Dünya
Ölkə mətbuatı
A- A+

 Ukraynanın Mariupol şəhərinin “Qrad” qurğularından atəşə tutulması nəticəsində ölənlərin sayı 20-yə çatıb.


 

APA-nın UNN agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Ukrayna Daxili İşlər Nazirliyinin Donetsk vilayəti üzrə İdarəsinin rəisi Vyaçeslav Abroskin bildirib.

 

“Meyitxanalara 20 cəsəd gətirilib. Bununla belə, məlumatlar daim yenilənir, ölən və yaralananların sayı arta bilər”, deyə V.Abroskin qeyd edib.

 

Xatırladaq ki, Ukraynanın Mariupol şəhərin separatçılar tərəfindən atəşə tutulub. Ukraynanın Baş naziri Arseni Yatsenyuk hadisə ilə əlaqədar BMT Təhlükəsizlik Şurasının təcili iclasının çağırılmasını tələb edib.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/191376

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR