Azərbaycan, Bakı, 25 iyul /Trend/
Azərbaycan Müdafiə naziri Zakir Həsənov şəhid olmuş hərbi qulluqçu Eldar Fətəliyevi ölümündən sonra medalla təltif edib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Silahlı Qüvvələrimizin şəhid olmuş müddətdən artıq həqiqi hərbi xidmət çəkmiş hərbi qulluqçusu əsgər Fətəliyev Eldar Səxavət oğlu Müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmri ilə ölümündən sonra “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı ilə təltif edilib.
Allah rəhmət eləsin!
Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az
Bizi Twitter-dən izləyin: @trend_az