İnqilaba 20 milyard dollar xərclənəcək

İnqilaba 20 milyard dollar xərclənəcək
21:27 24 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Yaponiya hökumətinin planına əsasən, 2020-ci ilədək ölkə həyatının ən müxtəlif sahələrində robotlardan istifadə genişlənməlidir.
 
Milli.Az ICTnews-a istinadən bildirir ki, Yaponiya 2020-ci ilədək robotların kənd təsərrüfatı, tibb və tikinti sahələrində aktiv tətbiqinə 2,4 trilyon yen (təxminən 20,33 milyard dollar) xərcləmək niyyətindədir.
 
Həm özəl şirkətlər, həm dövlət institutları bu məsələnin reallaşması üçün birləşməlidir. Bu il robotlar erasının başlanğıcı olmalıdır –Kiodo agentliyi ölkənin baş nazirindən sitat gətirib.
 
Gündəlik həyatda robotların tətbiqi cəmiyyətin qocalması, əmək qabiliyyətli əhalinin azalması və iş yerlərində insan əməyinin texnika ilə əvəzlənməsi zərurətilə bağlıdır.
 
Yaponiya cəmiyyəti dünyada hamıdan tez qocalır və xarici miqrasiyanın son dərəcə aşağı səviyyəsi vəziyyəti ağırlaşdırır və bu, ölkə hakimiyyətini qeyri-standart həllərə əl atmağa məcbur edir.
 
Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR