Bakı, 29 iyul, AZƏRTAC
"Xalq Bank"ın Bakının Nobel prospekti 25E ünvanda yeni "Ağ Şəhər" filialı fəaliyyətə başlayıb.
Bankdan AZƏRTAC-a bildirilib ki, filial bankın paytaxtda fəaliyyət göstərən 8-ci, ümumilikdə isə sayca 27-ci filialıdır. Yeni filial əhaliyə və kommersiya şirkətlərinə əmanətlər, müxtəlif növ kreditlər, valyuta-mübadiləsi, plastik kartlar, hesablaşma-kassa və təcili pul köçürmələri üzrə əməliyyatlar da daxil olmaqla tam spektr bank xidmətlərindən yararlanmaq imkanı verir.