Futbol meydanında İran-İraq müharibəsi - FOTO

Futbol meydanında İran-İraq müharibəsi - FOTO
14:12 25 Yanvar 2015
273 İdman
Ölkə mətbuatı
A- A+

Avstraliyanın paytaxtı Kanberrada keçirilən Asiya çempionatında bir zamanlar müharibə meydanlarında üz-üzə dayanmış İran və İraq komandaları yarışıblar.

Milli.Az virtualaz.org-a istinadən bildirir ki, yanvarın 23-də keçirilmiş oyunun əsas hissəsi 3:3 hesabı ilə başa çatdığından qalibi penaltilər müəyyən edib. Penaltilərdə isə İraq milli komandası rəqibini 7:6 hesabı ilə udub.

İraqın oyunçusu Mərvan Hüseyn əl-Əcillə İranın qapıçısı Əlirza Həqiqinin üz-üzə gəldiyi həlledici andan sonra əsəbləri gərilən oyunçular bir-birinə giriblər.

Meydana daixl olan rəsmilər futbolçuları sakitləşdirib, qarşıdurmanın böyüməsinin qarşısını alıblar. Oyundan fotogörüntüləri təqdim edirik.


İraqın oyunçusu Mərvan Hüseyn əl-Əcillə (soldan 2-ci) İranın qapıçısı Əlirza Həqiqinin üz-üzə gəldiyi həlledici andan sonra əsəbləri gərilən oyunçular bir-birinə giriblər


İraqın oyunçusu Yunus Mahmud (soldan 5-ci) qələbəsini qeyd edir


İranın qollarından biri


İraq fanatlarının sevinci


Meydana daixl olan rəsmilər futbolçuları sakitləşdirib, qarşıdurmanın böyüməsinin qarşısını alıblar

Milli.Az










Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/320850.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR