[ 30 İyul 2015 13:40 ]



Bakı. Hafiz Heydərov - APA. Xızı dağlarında yanğın olub.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, nazirliyin “112” qaynar telefon xəttinə Xızı rayonunda dağlıq ərazidə yanğın hadisəsi baş verməsi barədə məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin və Aviasiya Dəstəsinin canlı qüvvə və texnikası hadisə yerinə cəlb olunub. Dağlıq ərazidə 100 ha otlaq ərazi və 7 ha kol-kos yanıb.

Yanğının qarşısı alınıb.

Əlavə məlumat veriləcək.