İran $-dan üz döndərdi

İran $-dan üz döndərdi
16:26 25 Yanvar 2015
170 Digər
Ölkə mətbuatı
A- A+

İran İslam Respublikası xarici dövlətlərlə hesablaşmalarda ABŞ dollarından istifadədən imtina etdi.

ANS PRESS-in məlumatına görə, İran İslam Respublikasının Mərkəzi Bankının bəyanatında belə deyilir.

Mərkəzi Bankın nümayəndəsi Golyam Əli Kamyabın sözlərinə görə, bundan sonra xarici sövdələşmələrin bağlanmasında digər valyutalardan istifadə ediləcək.
Bu əsasən yuan, avro, türk lirəsi, rus rublu və Cənubi Koreyanın von pul vahidi olacaq.

Golyam Əl Kamyab qeyd edib ki, ölkə hakimiyyəti həmçinin digər valyutaların da istifadəsinin mümkünlüyünü nəzərdən keçirir. Yaxın vaxtlarda bir sıra ölkələrlə razılaşmaların imzalanması gözlənilir.

Qeyd edək ki, 2014-cü ilin sentyabr ayında Rusiya və Çin kimi dövlətlər qarşılıqlı hesablaşmalarda yaxın müddətdə mərhələlərlə dollardan imtina edəcəyini bəyan etmişdi.
Mənbə
ANS PRESS


RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR