Azərbaycanlı aktrisa: "Həyat yoldaşımla ayrılmağımızın..." - FOTOSESSİYA

Azərbaycanlı aktrisa: "Həyat yoldaşımla ayrılmağımızın..." - FOTOSESSİYA
00:52 26 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Aktrisa Səriyyə Mansurovanın Milli.Az-a müsahibəsi.

- Səriyyə xanım, 22 ildir ki, eyni teatrda fəaliyyət göstərirsiniz. Bu, sizə darıxdırıcı gəlmir?

- Demək olar ki, on yeddi yaşımdan etibarən Dövlət Kukla Teatrında çalışıram. Atam da bu teatrın aktyorlarından biri olub. Hal-hazırda təqaüddədir. Onun sayəsində teatra gəldim. Teatrda işləyə-işləyə universitetə daxil oldum. O gündən bu günə qədər fəaliyyətimi burada davam etdirirəm.

- Başlanğıcda kuklalarla işləmək sizin üçün çətin deyildi?

- Əslində, həmin kuklalar mənə yad deyildi. Çünki atam çox vaxt məşq etmək üçün onları evə gətirirdi. Gözüm onlara alışmışdı.

- Ümumiyyətlə, kuklalarla işləməyin çətinliyi nədədir?

- Onlar dilsiz əşyalardır. Gərək içindəki hislər və emosiyalarla onları “dilə gətirməyi” bacarasan. Bu, müəyyən mənada elə də asan deyil.

- Siz bu işin öhdəsindən asanlıqa gəlirsiniz?

- Deyilənə görə, bəli (gülür). Kuklaları rahat idarə edə bilirəm.

- Bəs nəyi idarə edə bilmirsiniz?

- İdarə edə bilməyəcəyim heç nə yoxdur. Hər bir əşyanı çox rahat bir şəkildə idarə etməyi bacarıram.

- Həmişə səhnə arxasında qalmısınız. Yəni ki, tamaşaçılar sizin simanızı yalnız onlarla sağollaşdığınız bir neçə dəqqiqə ərzində görürlər. Sizcə, həmin zaman kəsiyində yadda qalmaq nə dərəcədə mümkündür?

- Ən azından deyə bilərəm ki, tamaşadan çıxandan sonra məni görən uşaqlar “tamaşada oynayan aktirsa” deyə qışqırırlar (gülür).

- Bildiyimə görə, ailəli deyilsiniz. Ayrılmısınız. Teatr məvacibi ilə ailə “yük”ünü öz üzərinizə götürə bilirsiniz?

- Düzdür, məvacibimiz elə də çox deyil. Ancaq mən sənətimin sayəsində başqa yerlərdən də pul qazana bilirəm. Tədbirlərə gedirəm, şənliklər hazırlayıram və s.

- Boşanmağınıza səbəb sənətiniz oldu?

- Həyat yoldaşımla ayrılmağımızın sənətlə əlaqəsi yox idi. Şəxsi zəmində olan bir məsələ idi.

- Tamaşaçılar səhnədə sizin üzünüzü görmürlər, bari seriallarda görsünlər... O da mümkün deyil?

- Mümkün olmağına mümkündür, sadəcə olaraq, təklif olunan qonorar məni razı salmır. Ona görə seriallarda çəkilmirəm. Amma bir neçə il bundan öncə “Həyat varsa” serialında rol almışam. Bundan başqa televiziya kanallarında müxtəlif verililşərin aparıcılığını etmişəm.

- Səhnə fəaliyyətinizə xitam verənə qədər Dövlət Kukla Teatrında işləməyi nəzərdə tutmusunuz?

- Düşünürəm ki, elə də olacaq. Buradan başqa teatrda daimi işləyə bilmərəm. Bura mənim üçün çox doğmadır.

- Bəs müqavilə ilə gedib hansısa bir teatrda işləmək necə?

- Dəfələrlə belə təklif almışam. Amma dediyim kimi, kuklalarla işləmək daha maraqlıdır (gülür).

- Oynadığınız tamaşalar zamanı çıxılmaz vəziyyətə düşdüyünüz anlar olub?

- Yaxşı yadımdadır, gənc yaşlarımda bir tamaşa göstərirdik. Atamla eyni səhnəni bölüşürdüm. Onda mənə yerdən atmaca atdılar. Pərdənin arxasında bunu atama dedim. Atam da dedi ki, sənə atmaca atıblarsa, sən də götür onlara at. Deməyim budur ki, belə çıxılmaz hallara özümüzü artıq hazırlamışıq. Hətta bir dəfə tamaşanın sonuna yaxın işıqlar söndü. Biz özümüzü itirib tamaşanı yarımçıq qoymadıq, axıra çatdırdıq.

- Uşaqların yaddaşı güclü olur, deyirlər. Sizin fikrinizcə, yaddaqalanlardan olacaqsınız? Bir neçə ildən sonra sizi indiki kimi tanıyacaqlar?

- Bir neçə ildən sonra nə olacağını bilmərəm, amma hal-hazırda öz sahəmdə bəlli bir kütlə arasında kifayət qədər tanındığımı deyə bilərəm.

Cavidan Abdullayev
Milli.Az

Böyütmək üçün şəkillərə kilkləyin.


















RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR