İsraildən təxribatyönümlü addım

İsraildən təxribatyönümlü addım
02:01 26 Yanvar 2015
153 Dünya
Ölkə mətbuatı
A- A+

İsrail xarici işlər naziri Aviqdor Liberman Fransanın İslam peyğəmbərini təhqir edən satirik “Charlie Hebdo” jurnalının İsraildə də satılması və paylanması çağırışı edib. ANS PRESS-in məlumatına görə, “Evimiz İsrail” partiyasının lideri də olan nazir partiya üzvlərinə, “Charlie Hebdo” nəşrinin son buraxılışını almağı və pulsuz paylamağı məsləhət görüb.

Liberman, radikal İslamın İsraildə qorxu yaratmasına və söz azadlığını məhdudlaşdırmasına izn verməyəcəklərini deyib.

İsrail knessetinin ərəb mənşəli üzvü Məsud Qanaim bu addımın müsəlmanların ləyaqətini təhqir edəcəyini açıqlayıb:

“Baş nazir Benyamin Netanyahunu “Charlie Hübdo” jurnalının son sayını hətta internetdən də alınmasını qadağan etməyə çağırıram. Bu vəziyyət ölkədəki ərəblərin və müsəlmanların ləyaqətinə təhqirdir”.


Mənbə
Haber7.com


RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR