ANS PRESS-in məlumatına görə, "Qarabağ" tərəfindən hüquq mühafizə orqanlarına müraciət edilib və kassa ətrafına polis briqadaları yerləşdirilib. Eyni zamanda klub işçiləri və könüllülərdən ibarət gənclər satışa nəzarət edir və azarkeşlərin sıra ilə bilet almasını təmin edir.
"Qarabağ" rəhbərliyi vətəndaşlardan xahiş edib ki, qanunsuz bilet alverinin qarşısının alınması üçün mütləq kassalardan bilet alsınlar. Bildirilir ki, Kassadan bilet almaqla "işbaz"ların alverinə zərbə vuraraq vətəndaşlıq mövqeyini sərgiləmiş olarsız.


Tofiq Bəhramov adına Respublika stadionunun qarşısı
Ötən gün klub bəyanat yayaraq bilet satışını dayandırıb. Belə ki, qarşılaşmaya olan kütləvi maraqdan istifadə edən bəzi "işbazlar" qeyri-leqal satışla qanqaraldıcı duruma səbəb olublar. Məhz bu səbəbdən "Qarabağ" klubu tərəfindən kassalar bağlanıb, hüquq mühafizə orqanlarına müraciət edilib və qeyri-leqal satışla bağlı tədbir görülüb.

"Qarabağ" - "Seltik" qarşılaşmasının biletləri
"Qarabağ" - "Seltik" matçı avqustun 5-i Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq. Qarşılaşmanın start fiti saat 21:30-da veriləcək. Bu komandalar arasında Şotlandiyada baş tutan qarşılaşmada "Seltik" 1:0 hesabı ilə qalib gəlmişdi.