Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Mir Mövsüm Ağa ziyarətgahında oğurluq edən Sahib Müzəffərov və Hacı Bədəlovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Lent.az-ın məlumatına görə, hakim Ramella Allahverdiyanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının hökmünə əsasən Hacı Bədəlov 11 il , Sahib Müzəffərov isə 9 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, dəstə üzvləri keçən il sentyabrın 23-də Xəzər rayonu, Şüvalan qəsəbəsində oğurluq hadisələri törədiblər. Onlar Mir Mövsüm Ağa ziyarətgahına gələn maşınların şüşələrini qıraraq oğurluq ediblər.