Bakıda mikroavtobus yük maşını ilə toqquşdu, yaralılar var

Bakıda mikroavtobus yük maşını ilə toqquşdu, yaralılar var
10:56 26 Yanvar 2015
71 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda ağır yol qəzası baş verib.

ANS PRESS-in məlumatına görə, bu barədə məlumat APA-ya Səbail Rayon Polis İdarəsindən məlumat verilib. Yol qəzası Salyan şossesi 32 ünvanında qeydə alınıb.

Bakı şəhər sakini, 1986-cı il təvəllüdlü Kəmaləddin Valeh oğlu Kərimovun idarə etdiyi “Mercedes” markalı mikroavtobusla 1965-ci il təvəllüdlü, Məmmədov Eldar Natiq oğlunun idarə etdiyi 99 HL 831 dövlət nömrə nişanlı, "Shacman" markalı yük avtomobili toqquşub.

Qəza nəticəsində mikroavtobusda olan sərnişinlər - 1992-ci il təvəllüdlü Aydın Rəhim oğlu Hacıyev, 1956-cı il təvəllüdlü Tofiq Məhərrəm oğlu Hacıyev, 1988-ci il təvəllüdlü Sənan Rafiq oğlu Əliyev, 1984-cü il təvəllüdlü Qəhrəman Əsgərov, 1952-ci il təvəllüdlü Fərman Mehdi oğlu Kərimov və Türkiyə vətəndaşı, 1981-ci il təvəllüdlü Oyanuş Hayv Mahmud oğlu müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Mənbə
ANS PRESS


RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR