Bakıda yeniyetmə oğlanı zorlayan şəxsin arzusu reallaşmadı

Bakıda yeniyetmə oğlanı zorlayan şəxsin arzusu reallaşmadı
11:59 26 Yanvar 2015
118 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı Apelyasiya Məhkəməsində yeniyetmə oğlana qarşı seksual xarakterli zorakılıq hərəkətlərində təqsirli bilinən Bakı şəhər sakini, 1978-ci il təvəllüdlü Ramil Rüstəmovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Lent.az-ın məlumatına görə, hakim İlqar Murquzovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara görə, R. Rüstəmovun şikayəti təmin edilməyib.

 

Qeyd edək ki, olay ötən ilin avqustunda Sabunçu rayonunda baş verib. Rayondakı ayaqqabı köşklərindən birində usta işləyən R.Rüstəmov yanına müştəri kimi gələn yeniyetmə oğlanı zorlamağa cəhd edib. Hadisədən sonra oğlan bu barədə valideynələrinə bildirib. Onlar da polisə şikayət ediblər və  R. Rüstəmov saxlanılıb.

Ramil Rüstəmova Cinayət Məcəlləsənin 150.1 (Zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə uşaqbazlıq və ya seksual xarakterli digər zorakılıq hərəkətləri etmə) maddəsi ilə cinayət işi başlanıb.

 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə R. Rüstəmov 7 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Hökmdən narazı qalan R.Rüstəmov apelyasiya şikayəti verərək günhüsız olduğunu və barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR