Ancelina Coli şoka düşüb - FOTO

Ancelina Coli şoka düşüb - FOTO
12:22 26 Yanvar 2015
126 Dünya
Ölkə mətbuatı
A- A+

Dünyanın ən populyar aktrisalarından biri, Hollivud ulduzu Ancelina Coli İraqın şimalındakı Dohuk şəhərində suriyalı və iraqlı qaçqınların müvəqqəti məskulaşdıqları düşərgədə olub.
 
Milli.Az Daily Mail-ə istinadən bildirir ki, BMT-nin Qaçqınlarla İş üzrə Ali Komissarlığının (U.N. High Commissioner for Refugee) xüsusi nümayəndəsi qismində A.Coli 2014-cü ilin sentyabrında Dohuk və Ərbil şəhərlərinin yaxınlıqlarındakı düşərgələrə baş çəkmişdi.
 
"Əvvəlki səfərimdən bəri burada humanitar vəziyyətin daha da pisləşməsi məni şoka salıb. 2 milyondan artıq iraqlı ötən il zorakılıq və ölümdən qaçaraq ev-eşiyini tərk edib. Situasiya onu da göstərir ki, problemi həll etmək üçün dünya birliyi yetərincə səylər göstərmir", - 39 yaşlı A.Coli söyləyib.
 
A.Colinin baş çəkdiyi düşərgədə məskunlaşan iraqlıların əksəriyəti İŞİD Mosulu ələ keçirəndən sonra şəhərdən qaçan yezidilərdir.
 
Milli.Az
 

















RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR