Stokholm, 6 avqust, AZƏRTAC
Bu gündən İraq Hava Yolları aviaşirkətlərinin təyyarələri İsveç aeroportlarına enə bilməyəcək. Bu barədə ölkənin nəqliyyat idarəsinin xüsusi məlumatında bildirilib.
İdarənin yaydığı press-relizə əsasən qadağanın səbəbi ondan ibarətdir ki, İraq aviaşirkətlərinin təyyarələrində təhlükəsizliyin səviyyəsi İsveç hakimiyyət orqanlarının tələblərinə cavab vermir.
Bu qərar Uçuşların Təhlükəsizliyi üzrə Avropa Agentliyində də bəyənilib. Orada qeyd edilib ki, istənilən ölkənin öz ərazisində aviadaşımaların təhlükəsizliyini təmin etmək hüququ var.
Qeyd edək ki, İraq Hava Yolları bu ölkənin milli aviadaşıyıcısıdır.
Rauf Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Stokholm