Qəsrlər diyarına səyahət

Qəsrlər diyarına səyahət
16:46 6 Avqust 2015
245 Şou
Ölkə mətbuatı
A- A+

Yeni həyata başlayıb, yazı gözəl qarşılamaq istəyirsən? Onda Uels ən doğru seçim olardı. Burada getdiyiniz hər yerdə «füsunkarlıq» sözü sizi izləyəcək. Uelsdə hər şey nağıllardakı kimidir. Özünü «Alisanın möcüzələr diyarında» hiss edəcəksən - qəsrlər, hündür divarlar, dağlar…

Axşam.az-ın xarici mətbuata istinadən xəbərinə görə, Uels rəngarəng təbiəti, yamyaşıl küçələri, dağları ilə bütün turistləri heyran edir. 



Soyuq dağ piki, milli nəğmələr, romantik və sehirli qəsrlər, pendirli tost, mədənlərlə dolu şəhərlər, səs-küylü festivallar, tonqal ətrafında şirin söhbətlər, həzin musiqi - bütün bunlar Uels səyahətində cəmlənib.



Knyazlığın paytaxtı Kardiff şəhəridir. Kardiff Uelsin ən gözəl şəhəridir. Şəhərin hər tərəfi yaşıllıq və rəngli güllərlə bəzədilib. Şəhərin ətrafından görsənən dağ mənzərəsi adamı heyran edir.
Uels gözəl mənzərəsinə və daim dəyişən havasına görə dünyanın ən gözəl yerlərindən biridir. Bura insandakı qeyri-adi bacarıqları, istedadı oyandıran bir məkandır. Uels dünyanın ən istedadlı rəssamlarını, musiqiçilərini həmişə özünə cəlb edib.



Kardiffin mərkəzində yerləşən Holiday inn Cardiff City oteli Uelsin ən gözəl mənzərəsi olan mehmanxanasıdır. Burada turistlər üçün bütün şərait yüksək səviyyədə təşkil olunub. Uels əhalisi mehribançılıqlarına görə də fərqlənir. Nahaq yerə bura «dostluqlar diyarı» demirlər. İnsanlar həm də vətənpərvərdirlər. Onlar ancaq öz dillərində danışır, milli adət-ənənələrinə hörmət edirlər.  



Əgər sakit bir gəzinti keçirtmək istəyirsənsə, onda bura yaz və ya payız aylarında get.
Uelsin qəsrləri qədər festivalları da möhtəşəm və maraqlıdır. Ən özəl və təmtəraqlı qeyd olunan bayram müqəddəs Devid günüdür. Bu bayramı uelslilər nərgizgülünün çiçəkləndiyi vaxtda, martın 1-də qeyd edirlər. Həmin bayramın emblemi isə kəvər soğanağıdır. Deyilənə görə, müqəddəs Devid mələkləri və şeytanları görüb, onlarla danışa bilirmiş. Növbəti görməsində ona martın 1-də öləcəyi deyilir. O martın 1-nə kimi insanlar qarşısında bütün borcunu, verdiyi sözləri yerinə yetirir və deyilən tarixdə dünyasını dəyişir.
 


Gəzinti xəritən:
Uels beş hissəyə ayrılır: qayalıq zirvələr, şəffaf su, ətrafında qeyri-adi sakitçilik hökm sürən göllər, qumlu və dəniz körfəzləri, gözəl qəsrlər. Bu beş hissə Uelsin Milli Parkı hesab edilir.   

Klassik dünya
Konvi Uelsin ən gözəl və klassik yeridir. Burada hər şey orta əsrləri xatırladır. Şəhərin gözəlliyi bir yana Konvi qəsrinə də heyran qalacaqsan. Qəsrdə 8 qala var. Konvinin içərisini gəzdikcə özünü tamam başqa və fərqli bir aləmdə hiss edəcəksən. Buradan baxanda görsənən mənzərəyə isə heyran qalacaqsan: dağ və çayın qeyri-adi gözəlliyi elə bil sehrlidir.



«Dəmir yol»
Gəzintinin ən unudulmaz hissəsi dağ dəmir yolu Snoudonda gəzinti olacaq. Snoudonun ətəyində isə sizi şəlalələr parkını, Brin Bras qəsrini gəzinti gözləyir. Brekon Bikons parkının yaxınlığında yerləşən şəlalələrin məskəni Veyl of Nit qeyri-adi görünüşü ilə adamı heyran edir. Şəlalə ətrafındakı rəngarənglik palitranı xatırladır. İnsan əli ilə çəkilmiş mənzərəli rəsm əsərini xatırladan bu yerdə maraqlı bir sakitçilik var. İnsanın beyni dincəlir. Brekon Bikons parkı qədimdə dinozavrların məkanı olub. Buna görə də parkda eramızdan əvvələ aid olan dinozavr tapıntılarına, heykəllərinə hər addımda rast gələcəksən. Buranın ən qorxulu anı sirli yeraltı mağarını gəzməkdir. Burada adamı vahimə bürüyür. Sanki ətrafında əsəbi ruhlar dolaşır. Hərdən yanından nəyinsə külək kimi ötüb keçdiyini hiss edirsən. Könlündən alpinizmlik etmək keçsə Llanberis gölünün sahilindəki Betvs-və-Koed adlı yerə get.

Solğun gözəllik

Solğun gözəlliyi duymaq, ən sağlam havanı udmaq istəsən Llandudnoya get. Şəhər gözəlliyi, qədim ab-havası, dəniz mənzərəsi insana xoş aura verir. Llandudnoda bütün binalar qədim formasında olduğu kimi qorunub, saxlanılıb. Burada yeni üslubda ev tikilməsinə icazə verilmir. Uelsin ən gözəl iki çimərliyi də burada yerləşir.



Səyahət zamanı heyran qalacağın yerlərdən biri də Castell Coch qəsrinə gəzinti olacaq. Orta əsrlərə aid olan bu əfsanəvi qəsr Kardiffdə dağlıq bir yerdə yerləşir. Qırmızı qumdaşı ilə tikilən bu qəsrə bəzən «Qırmızı qəsr» də deyillər. Qəsrin zirzəmisinə girmək qadağandır. Deyilənə görə, burada ruhlar var.

Şeytan körpüsü

Ensiz dərə arasından axan Minaç və Rheydol çaylarını birləşdirən yeganə körpü adı kimi qorxuludur. Bu körpüdən keçmək o qədər də asan deyil. Uels knyazlığı həm də böyük meşələri və bağları ilə zəngindir. Dünyanın ən böyük oranjeriyasının olduğu bağ da məhz Uelsdə yerləşir.
Uels səyahəti zamanı mütləq Sent-Deviddə də get. Dincəlmək, bütün yorğunluğunu, beynindəki səs-küyü atmaq üçün knyazlığın ən kiçik və gözəl şəhəri olan Sent-Deviddən əla yer ola bilməz. Şəhərdəki Pembrouk parkına mütləq get. Burada çay kənarında velosiped sürməyə heyran qalacaqsan. İstəsən parkda at da sürə bilərsən. 



Dəmir üzük

Uelsin ən qədim qəsrlərindən olan Karnarvon belə adlanır. 700 yaşı olan bu qəsrin qalın və hündür divararı var. Şərq ab-havası olan bu qəsrin içərisində qeyri-adiliklər olduqca çoxdur. Qəsrin divarlarında uelslilərin qədim yaşayışı şəkillərlə əks olunub.

Alış-veriş:

Uelsin hər yerində ticarət mərkəzləri var. Qiymətlər isə çox münasibdir. Küçələrdə piştaxtaların üstündə satılan suvenirlər isə əsl təbii materiallardan hazırlanan əl işidir. Burada İspaniya, Hindistan mədəniyyətinə aid olan əşyalar da tapa bilrsən.
Ən yaxşı alış-veriş Velşpul şəhərindədir. Bu şəhər Uelsin darvazası adlanır. Burada hər həftənin birinci günü böyük bazar təşkil edirlər. İstədiyin hər şeyi buradan ucuz qiymətə tapa bilərsən. Ümumiyyətlə, Uels alış-veriş üçün çox sərfəlidir.

Mətbəx:

Uels restoranlarında qiymətlər olduqca ucuzdur. Amma xidmət yüksək səviyyədədir. Burada dünya mətbəxinin ən ləzzətli yeməklərinə rast gələ bilərsən.



Uels mətbəxinin vazgeçilməz yeməkləri cəfəri soğanağından hazırlanır. Ən məşhur yeməklərindən biri də çörək üstündə qırmızı yosundur. Bura gedəndə pendir, çörək, göyərti və cəfəri soğanı ilə hazırlanan «Qlamorqan sosiskası»nın dadına mütləq bax. Uelsin milli mətbəxi o qədər də zəngin deyil. Yerli insanlar daha çox qulyaş və qoğal yeyirlər. Təbii balıqdan, süd məhsullarından, meyvə və giləmeyvələrdən hazırlanan yeməklər də Uels mətbəxinin ən dadalı nemətlərindəndir. Burada daha çox tostlara rast gələcəksən. İstədiyin tərəvəzdən tost sifariş edə bilərsən. Bu tostları dünyanın heç bir yerində yeməyəcəyinə əmin ol. Uelsin ən dadlı şirniyyatları bulkalar və kekslərdir. Buradakı Bara Brit bulkasının dadına doymayacaqsan. Bu bulkanın tərkibi sirr saxlanılır. Bulkanı neçə gün istəsən saxlaya bilərsən. O təzə və yumuşaq qalacaq. 



Uelsin ucqar kəndlərində hər bir ailənin evində müxtəlif konservləşdirilmiş ərzaqlar, tərəvəzlər tapa bilərsən: balıq, ət, hətta pendir konservasınada rast gələcəksən.
Burada yeyəcəyin təzə balıq və tərəvəzlərdən hazırlanan yeməyin dadı uzun müddət damağından getməyəcək.

Bunları mütləq yadda saxla!

· Şəhərdə gəzərkən əlində zibil olsa onu yerə tullama. Burada küçəni zibilləmək qadağandır.
· Ölkədən 50 ml-dən artıq ətir, 145 funtdan bahalı əşya gətirmək qadağandır. Ölkədən tərəvəz və ət gətirmək, eləcədə ora aparmaq qadağandır.
· Məşhur Bara Brit bulkasını ölkədən çıxartmaq olmaz.


Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=34875

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR