Bakı-Moskva təyyarəsində bomba olduğu xəbəri yayılıb - YENİLƏNİB 4

Bakı-Moskva təyyarəsində bomba olduğu xəbəri yayılıb - YENİLƏNİB 4
17:02 6 Avqust 2015
Ölkə mətbuatı
A- A+

İlk xəbər 11:50-də dərc olunub
Bakı. 6 avqust. REPORT.AZ/ Bu gün saat 10:40-da yerinə yetirilməsi planlaşdırılan Bakı-Moskva aviareysinin təxirə salınmasının səbəbi təyyarədəki baqajların birində bomba olması ilə bağlı sərnişinlərdən birinin xəbərdarlıq etməsi ilə bağlıdır. Bu barədə "Report"a Heydər Əliyev Hava Limanındakı növbətçi polis əməkdaşları məlumat verib.
Məlumata görə, Moldova vətəndaşı olan xanım Anjela Girvik adlı sərnişin bu xəbəri digər sərnişinlər və təyyarənin şəxsi heyəti arasında yayıb.
Qeyd edək ki, həmin şəxs artıq hava limanındakı polis bölməsinə aparılıb və dindirilir.
Xatırladaq ki, bu gün saat 10:40-da Bakıdan Moskvaya uçmalı olan "Azərbaycan Hava Yolları" (AZAL) QSC-yə məxsus "Airbus-320" təyyarəsində gecikmə olub.
*** 13:12
Artıq təyyarənin yük yerində olan baqaj da boşaldılıb. Hər bir sərnişin sahib olduğu baqaja yaxınlaşaraq hüquq-mühafizə orqanlarına yükün içini təqdim edir, prosesə xüsusi təlim keçmiş itlər cəlb olunub.
Qeyd edək ki, yoxlama başa çatıb, sərnişinlərə təhlükənin sovuşduğu bildirilib və artıq təyyarə havaya qalxaraq marşrut üzrə reysini yerinə yetirir.
*** 13:35
Bu dəqiqələrdə polis əməkdaşlarının "Report"a verdiyi xəbərə görə, təyyarədə bomba olması ilə bağlı məlumat verən şəxs 1976-cı il təvəllüdlü A.Girvik ruhi xəstədir. Həmin şəxsin hava limanının növbətçi polis hissəsində dindirilməsi davam etdirilir.
*** 16:20
Qeyd edək ki, Bakı-Moskva marşrutu ilə J2 852 aviareysini yerinə yetirən AZAL-ın "A-320" təyyərəsi artıq Rusiya paytaxtının Domodedovo hava limanına çatıb.

Xəbərin orijinal ünvanı: http://report.az/i-nfrastruktur/baki-moskva-teyyaresinde-bomba-oldugu-xeberi-yayilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR