F vitamini nədir və bədənimizin ona nə qədər ehtiyacı vardır?

F vitamini nədir və bədənimizin ona nə qədər ehtiyacı vardır?
18:17 6 Avqust 2015
Ölkə mətbuatı
A- A+

Bədənə zəruri olan yağ turşularını bəzən F vitamini kimi də adlandırırlar. Bu turşulara LA və LNA turşuları daxildir. Bu turşular bədənə zəruri olan Omeqa-3 və Omeqa-6 yağlarının tərkibini təşkil edirlər.

Milli.Az deyerler.org-a istinadən xəbər verir ki, İnsan bədəni bu zəruri olan yağ turşularını özü istehsal edə bilmədiyinə görə, onu xaricdən almalıdır. F vitamini bədənin təbii inkişaf etməsində, hüceyrələrin sağlamlığında, hormonların balansında və immun sisteminin fəaliyətini tənzim etməkdə mühüm rola malikdir. Bundan əlavə, bu vitamin xolesterinin səviyyəsini tənzim edər. Bu vitamin dərini cavanlaşdırar və saçları sağlam və parıldayan edər. Adrenalin hormonun istehsalında mühüm rola malikdir. Bağırsaqlardakı faydalı bakteriyaların inkişafını təhrik edər.
Yağ turşuları artrit ağrılarında sakitləşdirici təsirə malikdir. Əsəb sinirlərinin ötürülməsində də təsirlidir. Əgər bu vitamin az olarsa, hafizədə zəifləmələr baş verəcəkdir.
Bu yağ turşuları üzüm dənəsinin yağında, kətan toxumu yağında, soyada, qozda, küncütdə və günəbaxan tumlarında olur. Bundan başqa avokadoda, ətdə və balıqda mövcuddur. Omeqa-6 yağı paxlalı bitkilərdə, üzüm dənəsində, kətan toxumu yağında mövcuddur. Zəruri olan Omeqa-3 yağı isə balıqda, qoz yağında olur.
 
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/361231.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR