Avropa Liqası: "Bankir"lər mərhələyə adlaya bilmədi

Avropa Liqası: "Bankir"lər mərhələyə adlaya bilmədi
23:39 6 Avqust 2015
57 İdman
Ölkə mətbuatı
A- A+

Avropa Liqasının III təsnifat mərhələsində mübarizə aparan Bakının “İnter” klubu bu gün növbəti matçına çıxıb. Apasport.az saytının məlumatına görə, paytaxt təmsilçisi İspaniyanın “Atletik” klubu ilə cavab matçında gücünü sınayıb.

 

Bilbaodakı ilk qarşılaşmada 0:2 hesabı ilə uduzan bakılılar La Liqanın daimi iştirakçısı ilə ev oyununda möcüzəni reallaşdırmalı idi. Mərhələ keçmək şansları yüksək olmayan “bankirlər” kifayət qədər tanınmış rəqibini ölkəmizdən məğlub yola salmağa çalışacaqdı.

Ancaq "İnter"in gücü sadəcə qolsuz bərabərliyə çatdı. "Bankir"lər mərhələyə adlaya bilməsələr də sonda "qapını bərk çırpmağı" bacardılar.

 

Avropa Liqası

III təsnifat mərhələsi

Cavab oyunları

 

"İnter" (Azərbaycan) - "Atletik" (Bilbao, İspaniya) - 0:0

 

Baş hakim: Sərdar Gözübüyük

Bakı. "İnter Arena"

İlk oyun – 0:2


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/210816

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR