Bakıda maşın iki qadının üstündən keçdi

Bakıda maşın iki qadının üstündən keçdi
11:05 7 Avqust 2015
103 Digər
Ölkə mətbuatı
A- A+

Bakıda ağır yol qəzaları bitmək bilmir. İnsan ölümü ilə nəticələnən daha bir yol qəzası Nəsimi rayonu ərazisində baş verib. Rayon Polis İdarəsindən Milli.Az-a verilən məlumata görə, dünən saat 16:30 radələrində, Alı Mustafayev küçəsində 31 yaşlı Arif Qasımov idarə etdiyi "Hyundai Santa-Fe" markalı avtomobillə yolu keçən 77 yaşlı Həqiqət Bayramova və 50 yaşlı Limunə Nəsirovanı vurub. 

H.Bayramova aldığı zərbədən yerində keçinib, digər piyada isə ağır xəsarətlə xəstəxanaya aparılıb. 

Onu da əlavə edək ki, H.Bayramova Ağdaş rayonundan Bakıya qonaq gəlibmiş. 

Gülər

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/361365.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR