Belə ki, kitabxanaların informasiyalaşdırılması, kompyuterlər, printer, skayner, faks və daimi internetlə təminat, Wi-Fi zonaları haqqında məlumat, Avtomatlaşdırılmış Kitabxana-informasiya Sisteminin tətbiq edilməsi, Kitabxananın veb saytının vəziyyəti, Kitabxana mütəxəssislərinin kompüter biliklərinin səviyyəsi araşdırılacaq. Eyni zamanda monitorinq Mərkəzi Kitabxananın yeni strukturu yeni yaradılan Kitabxana biblioqrafiya proseslərinin avtomatlaşdırılması və informasiya-resurs şöbələrinin fəaliyyəti, yeni (innovasiya) metodlarının tətbiqi, əhalinin mütaliə marağının artırılması istiqamətində görülən işlər, o cümlədən oxucuların mütaliə marağının artırılması istiqamətində görülən işlər, “Nağıl ötağı”nın fəaliyyəti, Mərkəzı Kitabxananın Uşaq şöbəsındə keçirilən tədbirlər, MKS-in bukleti haqqında məlumat,
Yeni (innovasiya) metodlarının MKS-də tətbiqi:
“İntellektual istirahət”, “Ana və uşaq” və s. guşələrın olub-olmaması; Hüquqi-informasiya və Uşaq Hüququ mərkəzlərinin fəaliyyəti; “İmza günləri”nin keçirilməsı, Paytaxt Bakıdan regionlara gələn yaradıcı insanlarla görüşlərin keçirilməsi, dünyanın qabaqcıl kitabxana-informasiya müəssisələrinin təcrübəsindən istifadə, Mərkəzi Kitabxananın, habelə şəhər, qəsəbə və kənd kitabxana filiallarının fəaliyyəti, MKS-in göstəricilərinin real olması, Kitabxananın gündəliyinin vəziyyətı, Kataloq və kartoteka sistemi (o cümlədən diyarşünaslıq və ölkəşünaslıq), Kitabxana fondunun tərkibi, Fondun komlektləşdirilməsi (fondda elektron informasiya daşıyıcılarının olub-olmaması) Kiril qrafikasında və rus dilində olan kitablar haqqında məlumat, Gözdən Əlillər Cəmiyyəti ilə əlaqə.
Danışan kitabların olub olmaması və s. kimi məsələlərə diqqət ediləcək.
Həqiqət İSABALAYEVA