"The Voice"nin Azərbaycandakı seçim turları başlayıb

"The Voice"nin Azərbaycandakı seçim turları başlayıb
15:11 7 Avqust 2015
340 Şou
Ölkə mətbuatı
A- A+

AzTV-də "Səs Azərbaycan" ( "The Voice") musiqi yarışmasının seçim turları başlayıb. Artıq bu barədə məlumat televiziyanın www.aztv.az saytında yerləşdirilib.

Axşam.az-ın məlumatına görə, "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətindən bildirilib ki, səsinə güvənən və ifaçılıq qabiliyyətinə malik şəxslər saytda yaradılmış xüsusi bölmədə qeydiyyatdan keçərək, müsabiqədə iştirak edə bilərlər.

Qeyd edək ki, indiyə qədər "The Voice" dünyanın 50-dən çox ölkəsinin ən nüfuzlu telekanallarında nümayiş olunub və beynəlxalq musiqi aləminə yüzlərlə unikal, gözəl, mükəmməl səs və maraqlı performans bəxş edib. Milyonlarla tamaşaçı ordusu toplayan, izləmə rekordu qıran bu məşhur layihə ilk dəfədir ki, Azərbaycan teleməkanında keçirilir. Yeni televiziya mövsümündən başlayaraq, tamaşaçılar AzTV-nin efirində yarışmanı izləyə biləcəklər. (AzərTac)


Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=34921

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR