"Ümidlərinizi doğrultmadığım üçün üzr istəyirəm"

"Ümidlərinizi doğrultmadığım üçün üzr istəyirəm"
15:52 7 Avqust 2015
38 İdman
Ölkə mətbuatı
A- A+

PSG-nin yeni transferi Angel Di Maria köhnə klubu "Manchester United"in fanatlarına açıq məktub ünvanlayıb. 

Milli.Az goal.az-a istinadən bildirir ki, futbolçu özünü doğrulda bilmədiyi üçün fanatlardan üzr istəyib.
"Bilirəm ki, məndən asılı olmayan səbəblərə görə gözlənilən kimi çıxış etmədim. Buna görə çox təəssüflənirəm. Bununla yanaşı, futbolçunun karyerasında gözlənilməzlik baş verə bilər. "United" kimi böyük klubda belə alındığı üçün məyusam. "Manchester United" yaddaşımda hər zaman qalacaq".

Qeyd edək ki, argentinalı futbolçu 44.3 milyon funta Paris klubuna transfer olunub. Ötən il "Manchester United"ə transfer olunduğu 59.7 milyon funt da toplansa, Di Maria futbol tarixinin ən bahalı oyunçusudur. O, analoji göstəriciyə əsasən, Zlatan İbrahimoviçi (119 milyon funt) qabaqlayır.
 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/361452.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR