"Real"ın portuqaliyalı futbolçusu sıradan çıxdı

"Real"ın müdafiəçisi Pepenin sağ ayağında zədə aşkarlanıb.

Metbuat.az-ın məlumatına görə, portuqaliyalı futbolçu "Bavariya" ilə oynanılan "Audi Cup" finalında sıradan çıxıb. Onun 2-3 həftə müddətinə yaşıl meydanlardan uzaq qalacağı gözlənilir.

Pepe avqustun 23-də La Liqanın birinci turu çərçivəsində Xixon "Sportinq"i ilə oynanılacaq matçda meydana çıxmaya bilər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR