Qabon Respublikasının ölkəmizdə səfərdə olan nümayəndə heyəti Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib

14:33 26 Yanvar 2015
79 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 26 yanvar, AzərTAc 
Azərbaycanda səfərdə olan Qabon Respublikasının İqtisadiyyat, İnvestisiyaların Təşviqi və Planlaşdırma nazirinin müavini xanım Marie-Julie Bloqo-Bi-Nzendonqun rəhbərlik etdiyi nümayəndə heyəti yanvarın 26-da Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə güllər düzülüb.
Sonra qonaqlar Şəhidlər xiyabanına gələrək ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Azərbaycan övladlarının xatirəsinə hörmət və ehtiramlarını bildirib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar.
Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən qonaqlara Şəhidlər xiyabanının tarixi və şəhərdə həyata keçirilən abadlıq-quruculuq işləri barədə məlumat verilib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Qabon_Respublikasinin_olkemizde_seferde_olan_numayende_heyeti_Fexri_xiyabani_ve_Sehidler_xiyabanini_ziyaret_edib-827491

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR