“SAY: Green” layihəsi davam edir

“SAY: Green” layihəsi davam edir
20:23 7 Avqust 2015
41 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 7 iyul, AZƏRTAC
“İrəli” İctimai Birliyinin (İB) Gənclər və İdman Nazirliyinin (GİN) dəstəyi ilə Gəncənin Hacıkənd qəsəbəsində həyata keçirdiyi “SAY: Green” layihəsi davam edir.
İctimai Birlikdən AZƏRTAC-a bildiriblər ki, layihənin ilk günündə gənclərə Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyası tərəfindən hündür məsafələrə yürüş və dağa dırmanma haqqında xüsusi təlimlər keçirilib. Təlimlərdə 100-dək gənc dağçılıq haqqında geniş məlumatlar əldə edib, həmçinin praktiki sınaq yürüşünə qatılıb.
Növbəti gün gənclər Azərbaycan Respublikası Səmti Müəyyən Etmə Federasiyası tərəfindən təşkil olunan təlimlərdə iştirak ediblər. İştirakçılara “Atlet və qaçış”, “Xəritə və kompas” mövzularında praktiki təlimlər keçirilib.
Layihənin əsas məqsədi düşərgə zamanı təbiətin insanlar tərəfindən çirkləndirilməsinin aradan qaldırılması və gənclərə sosial məsuliyyəti öyrədərək gələcəkdə böyük ekoloji problemlə qarşılaşmamaq üçün onlara sağlam həyat prinsiplərini aşılamaqdır.
Düşərgə zamanı gənclər üçün Azərbaycanda könüllü hərəkatı, səmti müəyyən etmə, dağçılıq, atıcılıq, velosiped idmanı, ekoloji maarifləndirmə üzrə xüsusi təlimlər və təcrübə proqramları təşkil olunacaq.



Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/SAY_Green_layihesi_davam_edir-876159

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR