Azərbaycan və Qabon gömrük sahəsində əməkdaşlığı genişləndirəcəklər

Azərbaycan və Qabon gömrük sahəsində əməkdaşlığı genişləndirəcəklər
14:48 26 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 26 yanvar /Trend, müxbir Azad Həsənli/

Qabon Azərbaycanla iqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən gömrük sahəsində əməkdaşlığa maraq göstərir.

Trend xəbər verir ki, bu barədə Bakıda səfərdə olan Qabonun iqtisadiyyat, investisiyalar və planlaşdırma naziri Mari-Juli Biloqo-Bi-Nzendonq Azərbaycan Dövlət Gömrük Komitəsinin rəhbəri Aydın Əliyevlə görüşü zamanı bildirib.

Nzendonqun sözlərinə görə, göstərilən sahədə iki ölkə arasında əməkdaşlıq 2013-cü ildə Qabonun Gömrük İdarəsinin rəhbəri Mişel Ondinq Nquyenquyenin Azərbaycana səfəri ilə başlayıb.

Daha sonra nazir DGK rəhbərini Qabonun iqtisaadi və turizm potensialı, ölkənin son illər əldə etdiyi uğurlar barədə məlumatlandırıb.

Öz növbəsində, A.Əliyev Qabon Gömrük İdarəsinin direktorunun 2013-cü ildə Azərbaycana səfərini müsbət qiymətləndirib.

Qabon nümayəndə heyətinin üzvlərini Dağlıq Qarabağ münaqişəsi barədə məlumatlandıran A.Əliyev qeyd edib ki, artıq 20 ildən çoxdur Azərbaycan torpaqlarının 20 faizi Ermənistanın işğalı altındadır.

O, həmçinin görüş zamanı nazirlik statusuna malik olan Azərbaycan DGK-nin fəaliyyəti haqqında danışıb.

Onun sözlərinə görə, Azərbaycan Dövlət Gömrük Komitəsi özünün büdcədənkənar maliyyə fonduna malikdir. Oradakı vəsaitlərdən Komitənin əməkdaşlarının həyat şəraitinin yaxşılaşdırılması üçün istifadə olunur.

A.Əliyev qonaqları Azərbaycanda nəzarət-buraxılış məntəqələrindən keçid vaxtını müəyyən etmək üçün tətbiq olunan sistem barədə də məlumatlandırıb.

Onun sözlərinə görə, göstərilən sistemin təqdimatı fevralda Brüsseldə keçiriləcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/business/economy/2357142.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR