Qusarlı riyaziyyatçının rəsm əsərləri hər kəsin təəccübünə səbəb olur

Qusarlı riyaziyyatçının rəsm əsərləri hər kəsin təəccübünə səbəb olur
10:28 8 Avqust 2015
74 Ölkə
Ölkə mətbuatı
A- A+


Qusar, 8 avqust, Elxan Yusifli, AZƏRTAC
Qusarlı riyaziyyat müəllimi Nurulla Davudov 33 ildir taxta lövhələr üzərində yandırma üsulu ilə bir-birindən gözəl əsərlər yaradır.
AZƏRTAC xəbər verir ki, 62 yaşlı istedadlı pedaqoq taxta lövhələr üzərində təbiəti, kənd həyatını, qədim adət-ənənələrimizi əks etdirən rəsmlər çəkir. İşindən zövq alan sənətkar əsərlərini yandırıcı qurğudan istifadə etməklə yaradır. Bu iş xüsusi istedad və ən əsası böyük səbir tələb edir.
Nurulla Davudov AZƏRTAC-a müsahibəsində əsərlərinin dəfələrlə rayonda təşkil olunan sərgilərdə nümayiş etdirildiyini bildirib: “Şəkillərin çəkilməsində istifadə etdiyim yandırıcı qurğu uşaq yaradıcılıq mərkəzlərində azyaşlılar üçün nəzərdə tutulan avadanlıqdır. Yəni peşəkar rəsm əsərlərinin çəkilməsi üçün deyil. İlk vaxtlar bu işi görəndə mənə çox çətin gəlirdi. Amma təcrübəm artdıqca əsərlərim də diqqətçəkən oldu. İndi çəkdiyim şəkillərin sayını belə itirmişəm.”
Sənətkar bir əsərin çəkilməsinə 2-3 gün vaxt sərf edir. Amma elə böyük əl işləri də var ki, onun üzərində bir ay çalışmalı olub. Nurulla Davudov vaxtilə uşaq yaradıcılıq mərkəzində fəaliyyət göstərən dərnəkdə balacalara taxta lövhələr üzərində yandırma üsulu ilə rəsm əsərləri çəkməyin sirlərini də öyrədib.
İki kitab müəllifi olan Nurulla Davudov Qusar rayon Avaran kənd orta məktəbinin direktoru vəzifəsində çalışır.






Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Qusarli_riyaziyyatchinin_resm_eserleri_her_kesin_teeccubune_sebeb_olur-876206

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR