Türkiyə mətbuatı İlqarədən yazdı - FOTO

Türkiyə mətbuatı İlqarədən yazdı - FOTO
14:22 8 Avqust 2015
120 Digər
Ölkə mətbuatı
A- A+

Gənc müğənni İlqarə Kazımova, deyəsən, Türkiyə şou-biznesinə qatılacaq. Bu barədə gənc müğənni özü Türkiyənin ən oxunaqlı saytlarından olan "Uçankuş"a açıqlamasında deyib.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İlqarə Kazımovanın İstanbulda olmasına səbəb klip çəkilişidir. O, Türkiyənin ən məşhur rejissorlarından biri ilə çalışacaq.
 
Diqqətçəkən məqam isə türk mediasının müğənni ilə bağlı eksklüziv xəbər verməsi olub. Məlum olub ki, İlqarə Türkiyədə layihə gerçəkləşdirmək barədə düşünür. Müğənni: "Hələ yolum çox uzundur, qarşıda hər şey ola bilər", - deyib.
 
Xəbərdə həmçinin İlqarə Kazımovanın ilk lirik mahnısı olan "Parçalanmış arzular"dan da söz açılıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/361648.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR