Qafqaz Müsəlmanları İdarəsində 20 Yanvar faciəsi ilə bağlı tədbir keçirilib

15:18 26 Yanvar 2015
92 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 26 yanvar, AzərTAc 
Yanvarın 26-da Qafqaz Müsəlmanları İdarəsində 20 Yanvar faciəsi ilə bağlı tədbir keçirilib.
Şəhidlərin ruhuna dua oxunduqdan sonra Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə çıxış edərək 20 Yanvar faciəsinin tarixi və xalqımızın azadlıq mübarizəsi haqqında danışıb.
Mərasimdə çıxış edənlər 20 Yanvar faciəsinin Azərbaycan tarixinin qəhrəmanlıq salnaməsi olduğunu, ölkəmizin müstəqilliyi uğrunda canlarını qurban verən şəhidlərin ailələrinin dövlətimiz tərəfindən ən yüksək diqqət və qayğı ilə təmin olunduqlarını söyləyiblər.
Tədbirdə kinorejissor və ssenarist Vahid Mustafayevin 20 Yanvar faciəsi barədə çəkdiyi “Qanlı Yanvar” filmi nümayiş etdirilib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Qafqaz_Muselmanlari_Idaresinde_20_Yanvar_faciesi_ile_bagli_tedbir_kechirilib-827509

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR