Azərbaycan gəmisinın açdığı atəş boşa çıxdı

Azərbaycan gəmisinın açdığı atəş boşa çıxdı
17:17 8 Avqust 2015
40 Digər
Ölkə mətbuatı
A- A+

Rusiyanın keçirdiyi Beynəlxalq Hərbi Oyunlar çərçivəsində təşkil olunan, Azərbaycan Hərbi Dəniz Qüvvələrinin komandasının da iştirak etdiyi "Xəzər dənizi-2015" müsabiqəsinin ilk nəticələri məlum olub.

Virtualaz.org saytı xəbər verir ki, müsabiqənin nəticələri barədə Qazaxıstan Müdafiə Nazirliyinin saytı məlumat yayıb.

İlk döyüş atışlarının nəticələrinə görə, Qazaxıstan donanmasının "Sarıarka" artilleriya gəmisi ikinci yerdədir. Birinci yerdə isə azacıq bal üstünlüyü ilə Rusiya donanmasının kiçik artilleriya gəmisi "Qrad Sviyajsk" gedir. Üçüncü yerdə Azərbaycan HDQ-nin "G124" patrul gəmisinin ekipajıdır.

Müsabiqənin qaydalarına görə, gəmilərdən hər biri ayrılıqda təyin edilmiş marşrut üzrə saatda 12 dəniz mili sürətlə hərəkət etməlidir. Daha sonra siqnal əsasında gəmilər gözləmə rayonundan döyüş tapşırıqlarının yerinə yetirilməsi zonasına çıxmalı və işıq saçan aviasiya bombası, üzən mina və kiçikölçülü dəniz hədəfi formasındakı maketləri dəqiq atəşlə vurmalıdır. Atəşi başa çatdırandan sonra gəmilər finiş zonasına daxil olub.

Həmin tapşırıqların yerinə yetirilməsi zamanı Qazaxıstan gəmisi 4 üzən mina maketini, Rusiya gəmisi isə 3-nü vurub. Azərbaycan gəmisinin heyətinin açdığı atəşlər isə hədəfə dəyməyib.

Yarışlar davam edir. Müsabiqənin qalibi olan komandaya hərbi kater veriləcək.

Xatırladaq ki, Azərbaycan "Xəzər dənizi-2015" müsabiqəsinə iki hərbi gəmi ilə qatılıb. Onlardan biri "G124" patrul gəmisidir. Digər gəmi isə müsabiqənin açılışına qatıla bilməmişdi. Məlum olmuşdu ki, gəmi nasazdır, silahlar isə işə düşmür. Nəticədə Azərbaycan komandası həmin gəmini dəyişdirib və yarışların sonrakı mərhələsinə qatılıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/361683.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR