Tovuz, 9 avqust, AZƏRTAC
Tovuz respublikamızın iri kartofçuluq rayonlarından sayılır. Rayonun sahibkarları bu il 7 min 668 hektar sahədə bol kartof məhsulu yetişdiriblər.
Rayon statistika idarəsindən AZƏRTAC-a bildiriblər ki, kartofçuluqla məşğul olan fermerlər artıq 4587 hektar sahədən kartof çıxarıblar. Kartof çıxarılan sahələrdən 84 min 998 ton məhsul əldə edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 5220 ton çoxdur. Hektardan orta məhsuldarlıq 185,3 sentner təşkil edir ki, bu da ötən ildəkindən 0,2 sentner çoxdur.
Rayonda kartof yığımı davam edir.