Prokuror köməkçisi: “Jurnalisti döyən şəxslərin kimliyi məlumdur”

Prokuror köməkçisi: “Jurnalisti döyən şəxslərin kimliyi məlumdur”
13:57 9 Avqust 2015
227 Digər
Ölkə mətbuatı
A- A+

Döyüldükdən sonra dünyasını dəyişən jurnalist Rasim Əliyevin üzləşdiyi zorakılıq faktı müşahidə kameraları tərəfindən qeydə alınıb. 

Milli.Az musavat.com-a istinadən xəbər verir ki, bu barədə jurnalistin atasına Səbail payon prokurorunun köməkçisi Əhməd Məmmədov deyib. Prokuror köməkçisi bildirib ki, jurnalistin döyülməsini əks etdirən videogörüntülər artıq əldə edilib.

Prokuror köməkcisi mərhum jurnalistin ailə üzvlərinə onu deyib ki, R.Əliyevi döyərək, ona ağır xəsarətlər yetirən şəxslərdən bir neçəsinin kimliyi də artıq məlumdur. 

Və hüquq-mühafizə orqanları hazırda həmin şəxslərin həbs olunması istiqamətində əməliyyata başlayıblar.
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/361806.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR