Günəş yanıqlarının evdə müalicəsi – ÜSULLAR

Günəş yanıqlarının evdə müalicəsi – ÜSULLAR
17:17 9 Avqust 2015
Ölkə mətbuatı
A- A+

Bu isti havalarda günəş yanığından əziyyət çəkməmək üçün çox günəşə məruz qalmamağa diqqət edin. Pəncərə şüşəsindən də dərinizin yanacağını unutmayın. Günəş yanığının ən yaxşı müalicəsi qorunaraq heç günəşə məruz qalmamaqdır.

Milli.Az lent.az-a istinadən bildirir ki, əgər günəşin altında çox qalmısınızsa, fəsadlarına qarşı bu ev üsullarından yararlanın.
 
İlk olaraq, günəş yanığı hiss edilən kimi qapalı bir yerə girin.
Geniş bir bölgədə qızartı, şişmə, göy ləkələr, su qabarcıqları, şiddətli ağrı, qaşıntı varsa, bulantı, qusma, qızdırma və halsızlıq da yaşanırsa, mütləq həkimə gedin.
 
Yüngül yanıqlar zamanı isə bunları edin:
 
Günəşdə yanan insanı qaranlıq, səssiz, sərin bir yerə uzadıb istirahət etməsinə imkan yaradın. O, bol maye qəbul etməli,  yüngül qidalar yeməli və spirtli içkidən uzaq durmalıdır.
 
Əvvəlcə sərin bir duş qəbul edin və yanan bölgəyə soyuq kompres edin.
 
Sabun, ya şampundan qətiyyən istifadə etməyin.
 
Dərini nəmləndirmək üçün vannanı sərin su ilə doldurub içinə bir stəkan alma sirkəsi, ya da bir stəkan soda, yaxud 1 kasa yulaf unu qatıb 15 dəqiqə içində qalın.
 
Yağsız bir stəkan soyuq südü 1 stəkan soyuq su ilə qarışdırıb dərinizə sürtün.
 
Düyü ununu soyuq su ilə xəmir halına gətirib dəriyə vurun.
 
Üz və göz ətrafı yanıqlar zamanı qara çayı dəmləyib soyuq islaq kompres şəklində istifadə edin.
 
Xiyarı püre halına gətirib dəriyə çəkin.
 
Aloe vera və E vitamin tərkibli nəmləndiriciləri soyuducuda soyudub dərinizə çəkin. 
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/361777.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR